İndoneziyada iğtişaşlar nəticəsində 6 nəfər ölüb

İndoneziyanın şərqində, Papua əyalətinin Enoratali şəhərində baş verən iğtişaşlar nəticəsində 6 nəfər ölüb, 20-dən çoxu xəsarət alıb.
 
Maide.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, üsyançıların polis məntəqəsinə hücumundan sonra asayiş keşikçiləri odlu silahdan istifadə etməyə məcbur olublar.
 
Qeyd edək ki, ötən həftə Punçak-Caya dağı yaxınlığında separatçı “Azad Papua uğrunda” qruplaşmasının üzvləri İndoneziya polisinin iki xüsusi təyinatlısını qətlə yetiriblər.  /

Google+ WhatsApp ok.ru