İndoneziyada zəlzələdə ölənlərin sayı 26 nəfərə çatıb - VİDEO

İndoneziyada zəlzələdə ölənlərin sayı 26 nəfərə çatıb - VİDEO

İndoneziyanın Sumatra adası yaxınlığında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb. 
 
Maide.Az xəbər verir ki, 6,4 bal gücündə yeraltı təkanlar, əsasən,  Açe əyalətinin Pidicaya rayonunda qeydə alınıb.  
 
Onlarla insanlar hələ də  uçmuş binaların altında qalıb. Bundan öncə ölənlərin 20 nəfər olduğu bildirilirdi. 
 
Hazırda ərazidə xilasetmə tədbirləri görülür. Mürəkkəb relyef xilasetmə əməliyyatının keçirilməsini çətinləşdirir.     
 
Məlumata görə, zəlzələnin episentri Pidicaya rayonunda cəmi 10 km dərinlikdə qeydə alınıb. /

Google+ WhatsApp ok.ru