Neftin qiymətinin düşməsi İŞİD terrorçularına da təsir etdi

Neft qiymətlərində baş verən sərt eniş İŞİD terror təşkilatının da iqtisadi durumunu pozmağa başlayıb. 
 
Maide.az xəbər verir ki, İŞİD-ə qarşı yaradılan qüvvələrlə davam edən şiddətli toqquşmalar nəticəsində təşkilat neft mənbələrinə yaxın bölgələrdəki gücünü itirməyə başlayıb. Bu hadisələrə əlavə olaraq neft qiymətlərində baş verən azalma hələ də əllərində olan neft obyektlərinin gəlirlərini də azaldıb və terrorçuların əmək haqqı və xərcləri ödəməkdə çətinlik çəkdiyi bildirilir.
 
Qeyd edilir ki, İŞİD terror təşkilatı Suriyadakı üzvlərinə aylıq 1700 dollar maaş ödəyir. Terrorçuların həyat yoldaşlarına isə 700 dollar əlavə pul verilir. Həmçinin qeyd edilir ki, terrorçunun hər bir oğlan övladı üçün ailələrə 4 dollar ödənir. Mütəxəssislər bildirir ki, ödənilən ödənişlərin çox yüksək olmasına görə, terror təşkilatı regionda üzv tapmaqda çətinlik çəkmir.

Google+ WhatsApp ok.ru