Nepal zəlzələsində ölənlərin sayı 6621 nəfər oldu, zərərçəkənlərin sayı isə 14 mini ötdü

Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6621 nəfərə çatıb, zərərçəkənlərin sayı isə 14 mini ötüb.
 
Maide.az-ın məlumatına görə, bu barədə Nepalın fövqəladə hallar üzrə Milli Mərkəzi açıqlama yayıb.
 
Məlumata əsasən, təbii fəlakət nəticəsində 138 min ev dağılıb, 120 min evə ziyan dəyib.
 
Aprelin 25-də baş vermiş 7,9 ballıq zəlzələ Nepalda son 80 il ərzində ən güclü zəlzələ olub.

Google+ WhatsApp ok.ru