Netanyahu: Məscidi Əqsadakı mövcud vəziyyəti davam etdirməyə qərarlıyıq

İsrail rejiminin baş naziri Benyamin Netanyahu, "Məscidi Əqsadakı mövcud vəziyyəti davam etdirməyə qərarlıyıq, ancaq yəhudilərin buraya səfər etməsinə mane olmaq istəyənlərə imkan verməyəcəyik" deyib.
 
Maide.az xəbər verir ki, sionist əsgərlərin ötən üç gün ərzində Məscidi Əqsaya qarşı hücumlarının ardından Qüdsdəki vəziyyəti qiymətləndirmək üçün "təhlükəsizlik konfransı" keçirən Netanyahu, iclas öncəsi verdiyi yazılı açıqlamada, "mübarizə üçün lazımi bütün addımları atacağıq" söyləyib.
 
Bəzi məsələlərdə daha irəli addımlar atılmasına qərar verildiyini qeyd edən Netanyahu, bunların nə olduğunu isə açıqlamayıb.

Google+ WhatsApp ok.ru