İngilislər “Bir müsəlmanı cəzalandır” çağırışına qarşı ayağa qalxdı

İngilislər “Bir müsəlmanı cəzalandır” çağırışına qarşı ayağa qalxdı

-- çağırışa qarşı aksiyalara start verib

İngiltərədə radikal islamafoblar tərəfindən paylanılan 3 apreldə “Bir müsəlmanı cəzalandır” adlı çağırış məktubu sərt şəkildə qınanılıb.
 
Maide.Az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, “İrqçiliyə Qarşı Ayağa Qalx” vətəndaş cəmiyyəti həmin çağırışa qarşı olaraq aksiyalara start verib.
 
Başda paytaxt London olmaqla, Kembric, Edinburq, Mançester, Birminqem, Şeffild, Devon, Oksford, Norviç, Lester və Nyukasl şəhərlərində islamafobiya əleyhinə aksiyalar keçrilib.
 
Etirazçılar “İslamafobiyaya yox” şüarı səsləndirərək hökumətdən müsəlmanların məruz qaldığı şiddətə qarşı mübarizəni gücləndirməsini tələb ediblər.
 
Qeyd edək ki, “Bir müsəlmanı cəzalandır” çağırışında cəza üsulları arasında qadınların hicablarının məcburən açılması, döymək, asit turşusu atmaq və ya hansısa silahla öldürmək yer alıb. Bu cinayət üsullarının isə 50-500 aralığında “bal” sistemi ilə “mükafatlandırılacağı” bildirilib.
 
Məlumat üçün bildirək ki, İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyanın daxil olduğu Böyük Britaniyada ümumilikdə 2,8 milyon müsəlman yaşayır.
 

Google+ WhatsApp ok.ru