İngilis parlamentari: Məndə Qəzzada yaşasaydım İsrailə raket atardım

İngiltərə parlamentinin üzvü İsraili sərt şəkildə tənqid edib.

Maide.az-ın İranın MEHR xəbər agentliyinə istinadən məlumatına görə, Liberal Demokrat Partiyasının üzvü Devid Vard "twitter" səhifəsində belə bir status paylaşıb: “Böyük sual budur ki, əgər mən Qəzzada yaşasaydım İsrailə raket atardımmı? Cavab budur ki, bəli!” 

O, daha sonra yazdığı statuslarda Qərb ölkələrini İsrailin təcavüzlərinə qarşı birmənalı mövqe sərgiləməyə çağırıb. “Qərb fikrini dəqiqləşdirməlidir – kimin tərəfindədir?” -  D.Vard yazıb. 

Deputatın bu fikirləri partiya yoldaşlarının ciddi etirazına səbəb olub. Deputatın mövqeyi o qədər hiddət doğurub ki, bir qrup deputat partiya rəhbərliyi qarşısında Devid Vardın üzvlüyünün ləğv edilməsiylə bağlı məsələ qaldırıb. 

Qeyd edək ki, hələ ötən ilin iyulunda İsrailin işğalçı siyasətinə qarşı fikirlər səsləndirdiyinə görə, D.Vard müvəqqəti olaraq partiya üzvlüyündən uzaqlaşdırılmaqla cəzalandırılıb. 

Xatırladaq ki, iyulun 8-dən etibarən işğalçı İsrail hava qüvvələrinin dinc qəzzalıların məskunlaşdığı yaşayış sahələrini bombardman etməsi davam edir. İyulun 17-dən isə İsrail ordusuna məxsus tanklar qurudan Qəzzaya qarşı hücuma keçib. Son hesablamalara görə, artıq 650-dən artıq mülki şəxs şəhid olub. Şəhid olanların əksəriyyəti qadın və uşaqlar təşkil edir./

Google+ WhatsApp ok.ru