İngiltərədə hakerlər bank hesablarından külli miqdarda pul oğurlayıblar 15 Oktyabr 2015 01:00 Dünya İngiltərədə hakerlər bank hesablarından 20 milyon funt-sterling oğurlayıblar Maide.az xəbər verir ki,İngiltərənin Milli Cinayətkarlıqla Mübarizə Agentliyi internet istifadəçilərinə xəbərdarlıq edib ki, hakerlərin hücumları qarşısında öz bank hesablarını qorusunlar. Agentlik bildirib ki, hakerlər “Dirdeks” adlanan zərərli kompüter proqramından istifadə edərək internet istifadəçilərinin bank hesablarından 20 milyon funt-sterlingdən çox vəsaiti oğurlamağa nail olublar. Cinayətkarlıqla Mübarizə Agentliyi internet istifadəçilərinə xəbərdarlıq edib ki, öz bank hesablarını qorumaq üçün müvafiq təhlükəsizlik tədbirləri görsünlər. Bu kompüter virusu ilk dəfə 2014-cü ilin noyabrında Kibertəhlükəsizlik üzrə mütəxəssislərin köməyi ilə aşkarlanıb və hakerlər bu virusdan istifadə etməklə kompüter sistemlərində istifadəçilərin loqin və parolunu əldə edə bilirlər. İndiyədək Britaniyada minlərlə kompüter bu virusa yoluxublar. Bununla bağlı bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Britaniya Kibertəhlükəsizlik İdarəsinin rəsmilərinin bildirdiyinə görə, hakerlər indiyə qədər bir çox orta və kiçik təşkilatları hədəfə götürüblər./ Teqlər : #İngiltərədə hakerlər bank hesablarından külli miqdarda pul oğurlayıblar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ məhkəməsi polisin müsəlmanlara qarşı casusluğa icazə verən Qanunu ləğv edib Almaniyada antiislamçıların işi üzrə prokuror ölümlə hədələndi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO