İngiltərədə daha bir yeni məscidin açılışı olub - FOTO

İngiltərədə daha bir yeni məscidin açılışı olub - FOTO

İngiltərənin Portland şəhərinin Easton qəsəbəsində yeni məscidin açılışı olub. 
 
Maide.Az “bristolpost”-a istinadən xəbər verir ki,məscidin açılış mərasimi ötən gün  yüzlərlə inanclının iştirakı ilə baş tutub. 
 
Yeni istifadəyə verilmiş məscid bu şəhərdəki ən böyük məsciddir. Məsciddə eyni vaxtda  750 nəfər namaz qıla bilər.   Məscid  şəhərin böyük kiləsələrinin birinin yaxınlığında inşa olunub.  Xristianlar və müsəlmanlar bu iki ibadət ocağında  dostluqla öz ibadətlərini yerinə yetirəcək. 
 
Məscid və Kilsə rəhbərliyinin əldə etdiyi razılığa əsasən, yeni ildə  kilsə və məscidin dəstəyi ilə  ehtiyaclı ailələrə və yoxsullara  yeməklər  paylanılacaq.  
 
 
 
 

Google+ WhatsApp ok.ru