İngiltərədə məktəb hicab qadağasını ləğv etdi

İngiltərədə məktəb hicab qadağasını ləğv etdi

-- məktəbin geri addım atmasına səbəb

Londonun şərqində yerləşən “New Ham” rayonunda “St. Stephen” məktəbi hicab qadağasını ləğv edib. 
 
Maide.Az “Guardian”-a istinadən xəbər verir ki, məktəbin geri addım atmasına səbəb bəzi ibtidai sinif şagirdlərin valideynlərinin məhkəməyə müraciət etməsi olub. 
 
"St. Stephen" məktəbi bir müddət öncə  şagirdlərə hicab və  orucu qadağan etmişdi. Bu qərar  valideynlər tərəfindən etirazla qarşılanıb.  Müsəlman valideynlərin  etirazı və məhkəməyə müraciətinə görə,  məktəb direktoru tutduğu vəzifədən istefa verib və  qərarda dəyişiklik edilib. 
 
Məktəbin veb səhifəsində belə yazılıb:  “Məktəb üzvləri və valideynlər ilə məsləhətləşmədən sonra problem öz həllini tapdı (Hicab) qadağa dəyişdirildi.”

Google+ WhatsApp ok.ru