Nigeriyada 2,5 ton plastik qarışıqlı düyü müsadirə olunub

Nigeriyada 2,5 ton plastik qarışıqlı düyü müsadirə olunub

Nigeriya rəsmiləri Çindən bu ölkəyə qaçaq yollarla gətirilmiş 2,5 ton saxta düyünü müsadirə edib. 
 
Maide.Az xəbər verir ki, ekspertlər bu saxta düyüləri insanlar üçün təhlükəli olduğunu bildirir. Nigeriyada yeni il qabağı ərzaq məhsullarına təlabat artdığı vaxtda saxta düyülərin Çindən bu ölkəyə gətirilmə halları artıb. 
 
102 kisə saxta düyü Nigeriyanın Laqos bölgəsində olan marketlərin birində satışa çıxarılmışdır. 
 
Nigeriya gömrük rəsmilərindən Məhəmməd Haruna deyib ki, saxta düyülər Çindən və Laqos limanı vasitəsilə qanunsuz  ölkəyə daxil olunub. “Araşdırmalar göstərir ki, düyülər plastik qarışıqdan ibarətdir".
 

 

Google+ WhatsApp ok.ru