Nigeriyada daha bir hüseyniyyə dağıdılıb 24 Dekabr 2015 02:00 Dünya Nigeriya ordusu müsəlmanlara qarşı törətdiyi cinayətlərini davam etdirir. Maide.az xəbər verir ki, bu gün ölkənin şimalındakı Kadona əyalətində yerləşən Zaria şəhərində yerləşən hüseyniyyə ordu qüvvələri tərəfindən dağıdılıb. Nigeriyadan daxil olan məlumatlar bu ölkənin dövləti və ordusunun Nigeriya İslami Hərəkatına aid olan binaların dağıdılması üzrə hərəkətlərinin davam etməsindən söz açır. Nigeriya ordusu iki həftə bundan öncə müsəlmanların toplanış məkanlarına basqın edərək, təqribən min nəfər şiəni şəhid etmiş və yüzlərlə nəfəri də yaralamışdı. Ordunun Zaria şəhərinin Darulrəhmə məkanı, Şeyx İbrahim Zəkzakinin evi və Bəqiyətəllah hüseyniyyəsinə qarşı hücumlarında Nigeriya İslami Hərəkatının bir neçə üzvü və bu hərəkatın sədri Şeyx İbrahim Zəkzakinin üç oğlu da şəhidlər arasındadır. Teqlər : #Nigeriyada daha bir hüseyniyyə dağıdılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Təbriz İslam dünyasının turizm şəhəri elan olunub CHP millət vəkili AKP-nin İŞİD-ə dəstəyindən danışdı - VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO