Nigeriyada Şeyx Zəkzəkinin azadlığı üçün etiraz aksiyası keçirildi - FOTO 07 May 2020 22:29 Dünya Nigeriya xalqı Kano əyalətində Şeyx Zəkzəkinin azad olunması tələbi ilə etiraz mitinqi keçirib. Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki, bu gün (7 may) günortadan sonra keçirilən mitinq vaxtı küçələrə çıxan etirazçılar, həbsdə olan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki və xanımı Malama Zinətin azadlığa buraxılması üçün şüarlar səsləndiriblər. Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən icra edilməsini tələb ediblər. Nümayişçilər KOVİD-19 epidemiyasının yayıldığı bir vaxtda ağır xəstə olan Şeyx Zəkzəki və xanımının dərhal azadlığa buraxımalı olduğunu bildirib. Mayın 6-sı paytaxt Abucada oxşar tələblərlə Şeyx Zəkzəki tərəfdarlarının mitinq keçirmişdi. Teqlər : #şeyxzəkzaki,#nigeriya ,#şiə,#covid_19, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Terrorçular İdlibdə elektrik stansiyasını məhv etdilər - VİDEO Trump və Putin nefti, koronavirusu və silahları müzakirə ediblər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO