Nigeriyada İslam Hərəkatının 6 xanım üzvü həbsdən azadlığa buraxıldı - FOTO 08 Sentyabr 2020 14:44 Dünya Nigeriyanın paytaxtı Abucada Ali Məhkəmənin qərarı ilə Nigeriya İslam Hərəkatının (İMN) 6 xanım üzvü həbsxanada 13 ay keçirdikdən sonra, girov müqabilində azadlığa buraxılıb. Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, girov ötən həftə verilsə də, İMN-nin həbsdəki 6 xanım üzvü ötən gecə azadlığa buraxılıb. Məhkəmənin qərarı ilə azadlığa çıxanlardan biri olan Hauva Aminu Kodeni Kano ştatının Kude qəsəbəsində yüzlərlə İMN tərəfdarı qarşılayıb. Hauva Aminu Kode onun qarşılamaq üçün toplaşan bütün insanlara təşəkkür edib və Nigeriya İslam Hərəkatının liderini bundan sonra da dəstəkləyəcəyini bildirib və Şeyx Zəkzəkinin qanunsuz həbsinə dərhal son qoyulmasını tələb edib. Şeyx Zəkzəkinin rəhbərlik etdiyi bu yolun doğru bir yol olduğunu və ölümlə üzləşsə belə, insanları bu yolda sabit qalmağa dəvət edib. Hauva Aminu Kode 2019-cu ilin iyul ayında Abucada keçirilən dinc Şeyx Zəkzəkiyə azadlıq etiraz aksiyası zamanı həbs olunmuşdu. O, 2015-ci ilin dekabrında M.Buxarinin əmri ilə əsgərlərin Şeyx Zəkzəkinin iqamətgahına hücum etdiyi vaxt Zariyada əsgərlər tərəfindən öldürülən Şahid İbrahim Aminu Kodenin anasıdır. Bir sıra məhkəmələrdən sonra onlara zaminlik verilib. Abuca şəhərində Şeyx İbrahim Zəkzəkinin sərbəst buraxılmasını tələb edən adi dinc yürüş zamanı həbs olundular. Şeyx Zəkzəki və həyat yoldaşı, sağlamlıq vəziyyətlərinin pis olmasına baxmayaraq lazımi tibbi yardım tələb olunmasına baxmayaraq hələ də Kaduna Dövlət həbsxanasında saxlanılır. Teqlər : #Nigeriyada,#İslam,#Hərəkatının,#xanım,#üzvü,#həbsdən,#azadlığa,#buraxıldı,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya peyvəndinin ilk partiyası mülki dövriyyəyə buraxıldı Havanın çirklənməsi hər il Avropada 400 min insanın vaxtsız vəfatına səbəb olur
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO