Nigeriya Islami Hərəkatı: Ordunun qətliamından sonra 700-dən çox Əhli-Beyt (ə) davamçısı itgin düşüb 15 Yanvar 2016 02:00 Dünya Nigeriya hərbiçilərinin ölkənin şimalında Zarya Əhli-Beyt (ə) davamçılarına hücum və qətliamından təqribən bir ay keçib və Nigeriya İslami Hərakatı bəyanat yayaraq elan edib ki, hərəkata üzv olan 700-dən çox insan itgin düşüb. Maide.az xəbər verir ki, ötən gün Nigeriya İslami Hərakatının sözçüsü İbrahim Musa bəyanat yayaraq bildirib ki, bizdə olan siyahıya görə dekabrın 12-də baş verən o faciədən sonra 730 kişi və qadın itgin düşüb. “Bu şəxslər ya ordu qüvvələri tərəfindən öldürülüb, ya həbs olunublar. Lakin onların taleyi ilə bağlı heç bir məlumat yoxdur.” İ.Musa deyib ki, Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır. “Bizdə olan məlumatlara görə, hərakata üzv olan şəxslərin bir qismi də digər həbsxanalarda o cümlədən Bauci və Abuca şəhər həbsxanlarında saxlanılır. Onların dəqiq sayı bilinmir”. Qeyd edək ki, dekabrın ortalarında Nigeriya ordusu Zarya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Şeyx Zəkzakinin evinə hücum edib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının öldürüldüyünü elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub. / Teqlər : #Nigeriya Islami Hərəkatı: Ordunun qətliamından sonra 700dən çox ƏhliBeyt (ə) davamçısı itgin düşüb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şeyx Nimri müdafiə edən Səudiyyə şahzadəsi cəzalandırılıb - VİDEO Turistlərlə dolu avtobus aşdı: 14 ölü, 27 yaralı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO