Nigeriyalı elm adamı müsəlman və qərb təhsilini birləşdirməyə çağırır

Nigeriyalı alim müsəlman valideynləri övladlarının dövlət quruculuğuna əhəmiyyətli töhfə vermələri üçün qərb təhsilinə İslami bilikləri də qatmağı tövsiyə edib.

Maide.az xəbər verir ki, Əl Hacı Abdul Fatay İsiaka qeyd edib ki, qərb və İslam elmlərinin birlikdə tədrisi uşaqların tərbiyəsi üçün  ən gözəl üsuldur. O, bildirib ki, "İslam təhsili üzərində qoyulmuş ilkin və ali qərb təhsili müsəlman uşaqların gələcəkdə ədalətli cəmiyyət quraraq, öz rolunu effektiv həyata keçirməkdə yardım edəcək."

Abdul Fatay həmçin deyib ki, əgər müsəlman uşaqları keyfiyyətli təhlis alarlarsa, onları ölkənin təhlükəsizliyini pozan hər hansı dini cərəyana cəlb etmək çətin olacaq. "Boko Haram" terror təşkilatının müsəlman və islam qruplaşmalarına aid edilməsinə də etirazını bildirən alim, islamın sülh dini olduğunu xatırladıb. //

Google+ WhatsApp ok.ru