Nigeriya ordusu daha bir dəfə bu ölkə şiələrinə hücum etdi -FOTO

Nigeriya ordusu daha bir dəfə bu ölkə şiələrinə hücum etdi -FOTO

Nigeriya ordusu və polis qüvvələri  ötən gecə Kastina şəhərində bu şəhərin şilərinin rəhbəri Şeyx Yəqub Yəhyanın evinə hücum edib. 
 
Maide.Az xəbər verir ki, yerli KİV-lərin məlumatına görə ordu və polis qüvvələrinin  Kastina şəhərində Şeyx Yəqub Yəhyanın evinə hücum zamanı  Əhli-beyt (ə) ardıcıllarından  bir neçə nəfər yaralanıb.
  
Neçə nəfərin yaralandığı və onların durumu haqqında dəqiq məlumat yoxdur.  
 
Ordu və polis qüvvələri  binaya girərkən  qarşılarına çıxan şəxslərə qarşı güc tətbiq edib və onları  döyüblər. 
 
Xatırladaq  ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri, ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən 2000 nəfəri öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya göndərilib. Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zaria şəhərinə hücum zamanı ən az 300 Əhli-Beyt (ə) tərəfdarının öldürüldüyünü elan edib. Bəzi məlumatlara görə, hücum zamanı 1000-dək şiə qətliam olunub. Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır.
 
Ötən ildən indiyədək Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları dəfələrlə dinc etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru