Nigeriya ordusu qaçqın düşərgəsini bombaladı: azı 100 nəfər öldü 18 Yanvar 2017 02:00 Dünya Nigeriya Hərbi-Hava Qüvvələrinə məxsus qırıcı təyyarənin qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində azı 100 nəfər ölüb. Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Nigeriya hökuməti elan edib ki, təkfirçi Boko Haram terror təşkilatına qarşı əməliyyat zamanı ölkənin Hərbi Hava Qüvvələri "səhvən" bölgədəki qaçqınları hədəfə alıb. Nigeriya ordusunun generalı Laki İrabor da bildirib ki, "Boko Haram" radikal qruplaşmasına qarşı əməliyyat zamanı Hərbi Hava Qüvvələri "səhvən" qaçqınlar düşərgəsinə və humanitar xidmətin ərazisinə bomba atıb. O, əlavə edib ki, biz hələ bilmirik bu hücum nəticəsində neçə nəfər həlak olub. Ölənlər və xəsarət alanlar arasında “Sərhədsiz həkimlər” və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin də olduğu bildirilir. Teqlər : #Nigeriya ordusu qaçqın düşərgəsini bombaladı: azı 100 nəfər öldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avropa Parlamentinin yeni sədri məlum oldu Bəhreyndə etirazçılar və təhlükəsizlik qüvvələri arasında qarşıdurma - VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO