Nigeriya xalqı Şeyx Zəkzakiyə görə küçələrə çıxdı - FOTO

Nigeriya xalqı Şeyx Zəkzakiyə görə küçələrə çıxdı - FOTO

Nigeriya xalqı ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzakinin qeyd-şərtsiz azadlığa buraxılması tələbi ilə gündəlik nümayişlərini davam etdirir.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, oktyabrın 18-i paytaxt Abucanın Vuse rayonunda etiraz yürüşünə çıxan insanlar, həbsdə olan Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzaki və xanımı Malama Zinətin azadlığa buraxılması üçün şüarlar səsləndiriblər.
 
Əllərində Şeyx Zəkzakinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzaki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən icra edilməsini tələb ediblər.
 
Bir müddət əvvəl Şeyx Zəkzakinin qızı Suheyla Zəkzaki valideynlərinin həkim səhlənkarlığına görə, ağır vəziyyətdə olduğunu və həbs edildiyi zaman valideynlərinin hər ikisinin yaralandığını və indi onlara tibbi yardım edilmədiyini bildirmişdi. O, müalicəyə icazə verilməməsinə görə, valideynlərinin vəziyyətinin pisləşdiyini deyib.
 
 
 
 

Google+ WhatsApp ok.ru