Nigeriya xalqı paytaxtda Şeyx Zəkzəkiyə azadlıq tələb etdi - FOTO

Nigeriya xalqı paytaxtda Şeyx Zəkzəkiyə azadlıq tələb etdi - FOTO

Nigeriya xalqı paytaxt Abucada Şeyx Zəkzəkinin azad olunması tələbi ilə dinc etiraz aksiyalarını davam etdirir.
 
Iyulun 21-i paytaxt Abucadakı küçələrə çıxan etirazçılar, həbsdə olan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki və xanımı Malama Zinətin azadlığa buraxılması üçün şüarlar səsləndiriblər.
 
Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən icra edilməsini tələb ediblər.
 
Etiraz aksiyası Nigeriya İslam Hərəkatının ölkədə və xaricindəki şeyxin bütün davamçılarını, tərəfdarlarını dərhal və qeyd-şərtsiz azad edilməsi üçün yenidən mübarizəyə dəvət etməsindən sonra reallaşıb.
 
Bəyanatda belə qeyd olunmuşdu: “İnsan hüquqları təşkilatlarını, vicdanlı insanları, vətəndaş cəmiyyətlərini, dini təşkilatları və bütün nigeriyalıları “Şeyx Zəkzəkiyə azadlıq!” mübarizəsində bizə qoşulmağa çağırırıq”./deyerler.org/
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru