Norveçin sabiq baş naziri  Amerikada saxlanılıb

Norveçin sabiq baş naziri Amerikada saxlanılıb

ABŞ prezidenti  Donald Trampın müsəlmanlara qarşı qərəzli qərarları Norveçin sabiq baş nazirinin başına oyun açıb.  Belə ki, Norveçin sabiq baş naziri, Oslo Sülh Institutunun direktoru Maqne Bondevik İrana səfər etdiyi üçün Amerika hava limanında saxlanılıb. 
 
Maide.Az xəbər verir ki, Maqne Bondevik 1997-2000-ci il, həmçinin 2001-2005-ci illər ərzində  Norveçin baş naziri vəzifəsində çalışıb. O Avropadan Amerikanın Vircinia ştatında Dulles hava limanında pasportunda İrana səfər möhürü olduğu üçün saxlanılıb,  bir saat saxlanıldıqdan sonra  sərbəst buraxılıb. “2014-cü ildə İrana səfər etdiyimə görə məni bir saat hava limanında saxladılar. Daha sonra bildilər ki, mən Norveçin sabiq baş naziriyəm və sərbəst buraxdılar.  Amerika rəsmirlərinin  narahatçılığını başa düşürəm ama mənim terrorist olmadığım aşkardır”,-deyə  M.Bondevik Amerikanın ABC 7 kanalına açıqlamasında deyib. 
 
O ABŞ rəsmilərini tənqid edərək əlavə edib ki, onlar mənim Norveçin sabiq baş naziri olduğumu və diplomat olduğumu bildikdən sonrada məni dərhal sərbəst buraxmadılar. “Məni 40 dəqiqə gözlətdikdən sonra 20 dəqiqə İrana səfər etdiyim üçün sorğu-sual etdilər”. 
 

Google+ WhatsApp ok.ru