Nusra Cəbhəsi məhəlləyə müqavimət göstərə bilmədi

Maide.az xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqin cənubunda yerləşən Beyt Sahem məhəlləsinin sakinləri "Nusra Cəbhəs" terror təşkilatının üzvləri tərəfindən idarə edilmək istəmədiklərinə görə üsyan ediblər. Üsyanları nəticəsində "Əl Nusra" terror təşkilatı ilə toqquşmalar baş verib və məhəllə sakinlərindən iki nəfər dünyasını dəyişib.
 
Öldürülənlərin qanını yerdə qoymq istəməyən məhəllə sakinləri bütün gücləri ilə hücuma keçiblər. "Əl Nusra" terror təşkilatı isə bölgəni tərk etmək məcburiyyətində qalıb.
 
Ağır qarşıdurmaların yaşandığı bölgədə ərzaq çatışmazlığı olduğu bildirilir.

Google+ WhatsApp ok.ru