Nüvə müzakirələrinin yeni etapı

İranın müzakirə heyətinin yüksək səviyyəli üzvü və Avropa Birliyinin xarici siyasət üzrə koordinatorunun müavininin görüşü ilə nüvə müzakirələrinin yeni dövrünə Vyananın Kuborq hotelində start verilib.
 
Maide.az-ın məlumatına görə, İran xarici işlər nazirinin müavini Abbas Əraqçi və AB xarici siyasət üzrə koordinatorunun müavini Helqa İşmidin sədrliyi ilə yekun nüvə razılaşması sənədinin hazırlanması məqsədi ilə müzakirələr başlayıb. Müzakirə heyətləri yekun razılaşma sənədinin yazılmasına başlanılması üçün məsləhətləşmələr aparıblar. Seyid Abbas Əraqçi jurnalistlərə deyib ki, 3 gün müddətində Vyanada olacaqlar və sonra iclasların davam edib-etməməsi barədə qərara gəlinəcək: "Bizə görə hazırkı iclaslarda müzakirə mövzusu sanksiyalar məsələsidir və bütün iqtisadi və maliyyə sanksiyaları razılaşmanın icrasına başlanıldığı gün götürülməlidir."

Google+ WhatsApp ok.ru