Nyu-Dehlidə qarşıdurmalar zamnı 13 nəfər ölüb, 150 nəfərdən çox etirazçı yaralanıb 26 Fevral 2020 09:13 Dünya Hindistanda vətəndaşlıq haqqında qanuna düzəlişlərin qüvvəyə minməsi fonunda Nyu-Dehlidə baş verən iğtişaşlar və toqquşmalar zamanı ölənlərin sayı 13-ə çatıb. Maide.Az xəbər verir ki, bu barədə yerli NDTV telekanalı məlumat yayıb. Bildirilib ki,150-dən çox etirazçı yaralanıb, qurbanlar arasında yetkinlik yaşına çatmayanlar var. Paytaxtın şimal-şərq bölgələrində müvafiq qanuna dəyişikliyə etiraz edənlərə qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər. Həmin ərazidə hökumət bütün özəl və dövlət məktəblərinin müvəqqəti bağlanmasına qərar verib. Kütləvi tədbir və yığıncaqlar qadağan edilib. Şəhərin şimal-şərqində komendant saatı tətbiq edilib. Qeyd edək ki, vətəndaşlıq haqqında yeni qanun ölkədə yaşayan müsəlmanların etirazına səbəb olub. Qanuna edilən düzəlişlərə əsasən, yaşadığı ölkələrdə təqiblərə məruz qalan Cənubi Asiya ölkələrinin qeyri-müsəlman vətəndaşları asan yolla Hindistan vətəndaşlığı ala bilər. Lakin bu, müsəlmanlara şamil edilmir. Hökumətin bu addımı hindistanlı müsəlmanların kəskin etirazlarına səbəb olub.Bu səbəbdən ötən ilin dekabr ayından bəri ölkə daxilində tez-tez etiraz aksiyaları keçirilir. / APA Teqlər : #NyuDehlidə,#qarşıdurmalar,#zamnı,#nəfər,#ölüb,#150,#nəfərdən,#çox,#etirazçı,#yaralanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə güclü zəlzələ baş verib Özbəkistanda özəl məktəblər də hicaba qadağa planlaşdırılır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO