Nyu-Yorkda keçirilən İran - `Altılıq` nüvə danışıqları nəticəsiz başa çatıb 27 Sentyabr 2014 01:00 Dünya İran və beynəlxalq vasitəçilərdən ibarət olan "Altılıq" ölkələrinin yeddinci tur nüvə danışıqları konkret irəliləyişlər olmadan başa çatıb. Məlumata əsasən, tərəflər tezliklə növbəti danışıqlarına start verəcəklərini bəyan ediblər. Qeyd edək ki, Nyu-Yorkda aparılan 10 günlük nüvə danışıqlarının sonunda İran və ABŞ xarici işlər nazirləri, habelə Avropa İttifaqının Ali komisarının üçtərəfli görüşü baş tutub. Adının çəkilməsini istəməyən rəsmi ABŞ mənbələri bildiriblər ki, danışıqlarda hələ də ciddi ixtilaflı məqamlar həll edilmədən qalmaqdadır.Lakin Nyu-Yorkda səfərdə olan İran prezidenti Həsən Ruhani danışıqlarda cüzi irəliləyişlərin əldə edildiyini, tərəflərin şücaətli və qorxmaz qərarlar verəcəkləri təqdirdə yekun razılaşmanın əldə ediləcəyini qeyd edib. Teqlər : #NyuYorkda keçirilən İran `Altılıq` nüvə danışıqları nəticəsiz başa çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cəmil Çiçək: Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün əlindən gələni edib Mahmud Abbas İsrail rejimini soyqırım törətməkdə ittiham etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO