Nyu-Yorkda Trampın siyasətlərinə qarşı etiraz aksiyası keçirilib

Nyu-Yorkda Trampın siyasətlərinə qarşı etiraz aksiyası keçirilib

Nyu-Yorkun mərkəzində yüzlərlə etirazçı ABŞ prezidenti Donald Trampa etiraz aksiyası keçirib. 
 
Miade.Az “Ria Novosti”yə istinadən xəbər verir ki, aksiyaçılar “Trump Tower“in qarşısında toplaşaraq onun gəlməsini gözləyib. 
 
Aksiya iştirakçıları üzərində “bu kabus bitməlidir”, “Tramp və Pensa rejimi getməlidir” şüarları yazılmış plakatlar daşıyıb. 
 
Amerikalı etirazçılar Trampı nasistlərin lideri adlandırıb və "dominantlığa ölüm" şüarını səsləndirib. 
 
Tramp Virciniya ştatının Şarlottasvil şəhərində ağdərili millətçilərin aksiyasında dəhşətli hadisədən iki gün sonra Nyu-Yorkdakı qülləsinə qayıdıb. 
 
ABŞ prezidenti bir qadın və 19 nəfərin yaralanması ilə nəticələnən Şarlottasvil şəhərində ağdərili millətçilərin aksiyasına reaksiyası tənqid olunub. 

Google+ WhatsApp ok.ru