Obamadan Şimali Koreya üçün İran modeli!

ABŞ Prezidenti Barak Obama Şimali Koreyanın nüvə silahlarının məhv edilməsi məsələsində ciddi bir görüş istəməsi halında buna hazır olduqlarını deyib.
 
Maide.az xəbər verir ki, bu barədə Barak Obama Ağ Evdə Cənubi Koreya dövlət başçısı Park Geun-hye ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
 
İran ilə bu yay əldə edilən nüvə mövzularındakı sazişi xatırladan Obama, İran ilə ciddi olduğu üçün görüşdüklərini, ancaq Şimali Koreyanın ciddi olması mövzusunda bir göstərici olmadığını dilə gətirib.
 
Obama Cənubi Koreyanın Şimal ilə əlaqələri inkişaf etdirmə istiqamətindəki səylərini dəstəklədiklərini bildirərək, İran və Kuba nümunələrini göstərib və bənzər başqa ölkələrlə də əlaqə yaratmağa hazır olduqlarını qeyd edib. Obama, "Amma Pyongyang axtardığı iqtisadi inkişafı nüvə silahlarını tərk etmədikcə əldə edə bilməyəcəyini anlamalıdır" deyib.

Google+ WhatsApp ok.ru