Obama və Kemeron İrana qarşı yeni sanksiyaların əleyhinə çıxdılar

ABŞ prezidenti Barak Obama və İngiltərənin baş naziri Devid Kemeron nüvə proqramı ilə bağlı İrana qarşı yeni sanksiyaların əleyhinə çıxış ediblər. Musavat.com-un məlumatına görə, bu barədə “Reuters”in xəbərində deyilir. Vaşinqtondakı birgə mətbuat konfransında Obama və Kemeron amerikalı konqresmenləri məsələdə təmkinli olmağa və sanksiyalarla bağlı yeni qanunverici təşəbbüslər irəli sürməməyə çağırıb.
 
Barak Obama nüvə proqramı ilə əlaqədar Tehranla danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu söyləyib.Musavat.com

Google+ WhatsApp ok.ru