Olland: `İŞİD-ə qarşı hava hücumları təşkil olunmalıdır`

Fransa prezidenti Fransua Olland apardıqları kəşfiyyat uçuşlarından sonra Suriyada İŞİD terror təşkilatına qarşı hava hücumları təşkil etməyin lazım olduğunu gördüklərini bildirib.
 
Maide.az xəbər verir ki, Nigeriya prezidenti Məhəmməd Buxari ilə Yelisey Sarayında birgə mətbuat konfransı keçirən Olland, İŞİD terror təşkilatı və Boko Haram haqqında bəyanatlar səsləndirib.
 
Prezident Olland, "Hücumların lazımlı olub olmadığını müəyyən etmək üçün kəşfiyyat uçuşları edəcəyimizi bildirmişdik. Suriyada bunun lazımlı olduğunu görürük",  deyib.
 
Olland məlumat çatdıqca regiondakı vəziyyəti düşünəcəklərini və hücumlar üçün hazır olacaqlarını bildirib.
 
Boko Haramın İŞİD-lə əlaqəli bir təşkilat olduğunu söyləyən Olland, "Boko Haramın İŞİD-dən yardım və dəstək aldığını bilirik. Boko Haramla döyüşmək, İŞİD-lə döyüşməkdir", - deyə danışıb.

Google+ WhatsApp ok.ru