İordaniyada etiraz aksiyasını gözyaşardıcı qazla dağıdıblar 14 Dekabr 2018 12:21 Dünya İordaniyanın təhlükəsizlik qüvvələri bu gün hökumətin siyasətinə etiraz əlaməti olaraq və Konstitusiya islahatları aparılması tələbi ilə küçələrə axışan nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Əmmandakı etirazlara ölkənin müxtəlif bölgələrindən gələn, təxminən, 2 min nəfər toplaşıb. Etirazçılar həmçinin siyasi məhbusların azad edilməsini, parlamentin buraxılmasını, hökumətin və konstitusiyalı monarxiyanın dəyişdirilməsini, habelə "həddindən artıq vergilərdən" imtina edilməsini tələb ediblər. Təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qazdan istifadə etməsinə baxmayaraq, etirazçılar kordonu keçməyə nail olublar. Etirazlar zamanı 5 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb, 5 etirazçı soyuq silah gəzdirdiyinə görə saxlanılıb. Yerli KİV etiraz aksiyalarında keçmiş və indiki deputatların da iştirak etdiklərini yazıb. /Report / Teqlər : #İordaniyada,#etiraz,#aksiyasını,#gözyaşardıcı,#qazla,#dağıdıblar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyada ən çox tank bu ölkədədir - Siyahı Dünyada 700 milyon insan kasıb yaşayır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO