İordaniya hökuməti: “İsrailin Məscidi-Əqsaya qarşı hücumlarına səssiz qalmayacağıq” 02 Oktyabr 2015 01:00 Fələstin İordaniya informasiya naziri və hökumət sözçüsü Məhəmməd əl-Momeni İsrailin Fələstinə qarşı təcavüzü haqqında danışıb. Maide.az xəbər verir ki, əl-Momeni təcavüzçü sionist rejimin 50 yaşdan aşağı müsəlmanların Məscidi-Əqsaya girişinə qadağa qoymasını qınayıb. Momeni İsrailin provakativ hərəkətləri nəticəsində dini müharibə çıxacağı haqqında xəbərdarlıq da edib: “İordaniya höküməti heç bir müsəlmnanın qəbul etməyəcəyi hərəkətə görə İsrailə xəbərdarlıq edir. Buna səssiz qalmayacağımızı bilsinlər”. Məscidi-Əqsanın zaman və məkan baxımında bölünməsinin qəbuledilməz olduğunu deyən əl-Momeni sözlərinə əlavə edib ki, İsrailin təcavüzləri bölgəni müharibənin içinə çəkir: “İsrail 1,7 milyard müsəlmanın hissləri ilə oynayır və radikalları istədiklərini edə biləcəyi bir şərait hazırlayır. İsrail təcavüzlərinə son qoymasa bütün hüquqi və dioplamatik tədbirlər alınacaq”. / Teqlər : #İordaniya hökuməti: İsrailin MəscidiƏqsaya qarşı hücumlarına səssiz qalmayacağıq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejimi əsgərlərinin öldürdüyü Fələstinli qızın üzərində 13 güllə çıxdı İsrail rejimi 300 min fələstinliyə illərdir pasport vermir
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar