Orta Asiya ölkələrinin ilk zirvə toplantısı mart ayında keçiriləcək

Orta Asiya ölkələrinin ilk zirvə toplantısı mart ayında keçiriləcək

-- görüş Astanada baş tutacaq

Orta Asiya ölkə liderlərinin ilk zirvə toplantısı mart ayında keçiriləcək. 
 
Maide.Az  “Asiaplus” xəbər saytına istinadən xəbər verir ki, Qazağınstan və Özbəkistan prezidentlərinin  dəvəti ilə  Orta Asiya dövlət başçılarının  ilk rəsmi zirvə toplantısı Nursultan Nazarbayevin başçılığı ilə Astanada keçiriləcək. 
 
Məlumatda ilk dəfə keçirilən Orta Asiya ölkə liderlərinin toplantısının bu ölkələr arasında əməkdaşlığın inkişafında böyük rol oynayacağı qeyd olunub. Toplantının bölgədəki ölkələrin uzun müddətli mənafelərinə xidmət edəcək bir çox layihələrin  başlamasına yol açacağı gözlənilir. 
 

Google+ WhatsApp ok.ru