Orxan Zeynalova hökm oxundu

Maidə.az-ın məlumatına görə, Rusiyanın paytaxt məhkəməsi  azərbsaycan əsilli  Orxan Zeynalovu Yeqnor Şerbakovu öldürməkdə təqsirli bilərək, ağır rejimli kaloniyada 17 il müddətinə azadlıqdan məhrum edib.
Qərardan sonra  hakim müttəhimdən hökm barədə soruşub. Zeynalov isə təqsirsiz olduğunu deyərək, hökmü anlamadığını bildirib.
 
Xatırladaq ki, ötən il oktyabrın 10-da Qərbi Birulyovo rayonunda 25 yaşlı Y. Şerbakovun həmyerlimiz tərəfindən mübahisə zəminində öldürmüşdü. Zeynlov  ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədi ilə törətdiyini söyləmişdi.
 
Bu cinayət yerli sakinlərin kəskin reaksiyasına səbəb olmuşdu: Rus milliyyətçisi və “skinhedlər” Qərbi Birulyovo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək orada çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döymüşdülər, həmçinin ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurmuşdular. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanmışdı.
 

Google+ WhatsApp ok.ru