Osama bin Ladenin oğlu Amerikaya hücum əmri verib? 15 Avqust 2015 01:00 Dünya Əl-Qaidə təşkilatı özünün keçmiş lideri Osama bin Ladenin oğlu Hamza bin Ladenə aid olduğu iddia edilən səs mesajı yayıb. Bu ilk dəfədir ki, Əl-Qaidənin təbliğat mesajında Hamza bin Laden təşkilatın üzvü olaraq təqdim edilir. Əl-Qaidə tərəfdarlarının Tvitterdə paylaşdığı audiomesajda “Hamza bin Laden, ABŞ və onun müttəfiqləri üzərinə hücuma çağırıb”. Osama bin Laden öldürüləndən bəri təşkilata liderliyi rəhbərlikdə ikinci şəxs olmuş Ayman al-Zavahiri edir. Hamza Bin Ladennin hazırda harada olduğu bilinmir. Onun indi 20-25 yaşlarında olduğu söylənir. 2001-ci ildə ABŞ-ın rəhbərliyi altında Əfqanıstana müdaxilənin Əl-Cəzirə tərəfindən yayınlanmış videosunda Hamzanın Taliban sıralarında olduğu görünür. Onun Əl-Qaidənin internet saytında yerləşdirilmiş audio müraciətində Kabul, Bağdad və Qəzzadakı tərəfdarlar Vaşinqton, London, Paris və Tel-Əviv üzərinə müqəddəs cihada çağırılır. Teqlər : #Osama bin Ladenin oğlu Amerikaya hücum əmri verib?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ bayrağı 54 ildən sonra Kubadakı səfirlik üzərində dalğalandı Beynəlxalq təşkilat İraqda didərginlərin sayının artmasından narahatdır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO