Oxfam: 2043 milyader, 3.7 milyard yoxsul 22 Yanvar 2018 02:00 Dünya -- O, bunu ədalətsizlik adlandırıb. Humanitar yardım təşkilatı olan "Oxfam" dünyada milyarderlərin sayının artması və bunun fonunda yoxsulların sayının da çoxalması ilə bağlı hesabatını açıqlayıb. Maide.Az NTV-yə istinadən xəbər verir ki, dünya əhalisinin sadəcə 1 faizini təşkil edən varlı şəxslərin ümumi sərvəti qlobal sərvətin 82 faizini təşkil edib. 3.7 milyard yoxsul əhalinin isə (dünya əhalisinin təxminən 50 faizi) heç bir sərvəti yoxdur. Hesabatda qeyd edilib ki, 2010-cu ildən bu günə qədər milyarderlərin gəliri normal insanlara görə 6 dəfə daha çox artıb. 2016-2017-ci illərin mart ayları arasında isə hər iki gündə bir yeni milyarder ortaya çıxıb və hazırda dünyada 2043 milyarder var. "Oxfam"ın direktoru Vinni Byanyima deyib ki, mövcud vəziyyət iqtisadiyyatın inkişafı deyil, uğursuz iqtisadi sistemlərin nəticəsidir. O, bunu ədalətsizlik adlandırıb. Qeyd edək ki, bu hesabat 23-26 yanvar tarixlərində keçiriləcək "Davos" İqtisadi Forumunda müzakirəyə çıxarılacaq. Teqlər : #Oxfam: 2043 milyader,#3.7 milyard yoxsul, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Belçikada 3 min nəfər qaçqınlar üçün aksiya keçirdi Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırdı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO