Pakistanda daha bir Əhli-beyt ardıcılı terror edildi – FOTO

Pakistanda daha bir Əhli-beyt ardıcılı terror edildi – FOTO

Təkfirçi terrorçular Pakistanda Əhli-beyt (ə) ardıcıllarına qarşı daha bir cinayət törədib.
 
Maide.Az xəbər verir ki, şənbə günü  “Sepahe Səhabə” terror təşkilatının ünsürləri  Pakistanın  paytaxtı İslamabadda  daha bir şiəni terror edərək şəhid edib.  52 yaşlı Zəhir Əxtər  İslamabadın Kural bölgəsində şəhid edilib. 
 
Qeyd edək ki, sentyabrın 17-də “Sepahe Səhabə” terror qruplaşmasının ünsürləri  Seyid Rza Hüseyn Nəqəvi adlı bir şiəni terror edərək şəhid etmişdi. Bundan başqa 15 sentyabrda da Seyid İrtiza və Seyid Can adlı 2 şiə təkfirçilər tərəfindən öldürülmüşdü.
 
Pakistanda son vaxtlar şiələrə qarşı artan hücumlar eks-prezident Pərviz Müşərrəf tərəfindən terrorçu elan edilən Sepahe Səhabə Pakistan təşkilatı tərəfindən edildiyi bildirilir. Hər il bu təşkilat tərəfindən onlarla şiə qətlə yetirilir. Ən çox hücuma məruz qalan şəhər şiələrin kompakt yaşadığı Kvetta şəhəridir.
 
Xatırladaq ki, bir neçə gün öncə  Pakistanda şiə partiyası olan Müsəlman Birlik Məclisinin siyasi fəalları və tərəfdarları, ölkədəki çox sayda şiənin ölümünə səbəb olan yeni terror və məzhəb hücumlarına etiraz olaraq, Pakistanın paytaxtı İslamabadda mitinq keçiriblər.
 
Mitinq iştirakçıları Pakistandakı hökumət, təhlükəsizlik və kəşfiyyat qurumlarının Pakistan vətəndaşlarını, xüsusən də şiələri qorumaq və terror hücumlarını dayandırmaq, ekstremist və təkfirçi qruplara qarşı əməliyyatları gücləndirmək üçün təcili tədbirlər görməyə çağırıblar. 
 
Pakistandakı təkfirçi ünsürlərin hərəkətlərindən narahat olduqlarını və ölkədəki birliyi pozmağa çalışdıqlarını qeyd edən fəallar, bildiriblər ki, İslamabad hökuməti Pakistanın Kuhat, Pəncab və Sindh şəhərlərində şiələrə hücum edən ünsürləri bir an əvvəl həbs etməlidir və onlar əməllərinə görə cəzalandırılmalıdır.
 
Pakistan şiə qruplarının səlahiyyətliləri mitinqdə yeni hədəfli qətl dalğasının təkfirçilərin Pakistanda qeyri-sabitlik və etibarsızlıq axtarışının bir əlaməti olduğunu, bu səbəbdən hökumətin cəmiyyətin birliyinin əsas elementlərini və düşmənlərini müəyyənləşdirmək üçün daha çox çalışmalı olduğunu söyləyiblər.
 
 
 

Google+ WhatsApp ok.ru