Pakistandakı hərbi məktəbdəki qırğınıla bağlı 5 nəfər həbs olunub

Əfqanıstanda Pakistandakı hərbi məktəbə qətliam törədənlərlə əlbir olan və hücumu təşkilatçılığında ittiham olunan 5 nəfər həbs olunub
Maide.az-ın Əfqanıstan KİV-lərinə istinadən məlumatına görə, Əfqanıstan Təhlükəsizlik Qüvvələri  Pakistanın Pişavər şəhərində hərbi məktəbə hücum etməkdə ittiham olunan 5 nəfər Pakistan vətəndaşını həbs edib.
Məlumata əsasən, həbs olunan şəxslər hərbi məktəbə hücum edən şəxslərlə telefon əlaqəsi saxlayıblar.
Qeyd edək ki, Pakistanda hərbi məktəbə hücum nəticəsində 150 tələbə öldürülüb, 130 nəfər isə yaralanıb.  Hücumu Taliban qruplaşması öz üzərinə götürmüşdü. /

 

Google+ WhatsApp ok.ru