Pakistanda partlayış olub, 11 nəfər yaralanıb

Pakistanda partlayış olub, 11 nəfər yaralanıb

Pakistanın şimal-şərqində Xeybər-Paxtunxva əyalətinin Mardan dairəsində partlayış nəticəsində ikisi polis olmaqla 11 nəfər yaralanıb.

"Report" "ARY News"a istinadən xəbər verir ki, partlayıcı qurğu dükanının yaxınlığına qoyulub. Sapyorlar bombada 600 qram partlayıcı maddənin olduğunu bildiriblər.

Məlumata görə, polis partlayıcı qurğunu quraşdıran silahlıların ələ keçirilməsi istiqamətində əməliyyat keçirib.

Google+ WhatsApp ok.ru