Pakistan hava məkanını Hindistan üçün bağlayır

Pakistan hava məkanını Hindistan üçün bağlayır

Pakistanın baş naziri İmran Xan Hindistan üçün hava məkanının tam olaraq bağlanması məsələsini nəzərdən keçirir.
 
Bunu ölkənin elm və texnologiyalar üzrə federal naziri Favad Çoudxuri "Twitter" mikrobloqunda yazıb.
 
Bundan əlavə, Nazirlər Kabinetinin iclasında Hindistanın Əfqanıstanla ticarəti üçün Pakistanın quru marşrutlarından istifadəsinə tam qadağa qoymaq təklif olunub.
 
"Bu qərarların hüquqi rəsmiliyi baxılma mərhələsindədir...(Hindistanın baş naziri Narendra - red.) Modi başladı, biz bitirəcəyik!", - deyə Çoudxuri bildirib. /Report
 

Google+ WhatsApp ok.ru