Pakistan nüvə başlığı daşıya bilən qanadlı raket sınaqdan keçirib 10 Yanvar 2017 02:00 Dünya Pakistan elan edib ki, ilk dəfə olaraq "Babur-3" adlı nüvə başlığı daşıya bilən sualtı qanadlı raket sınaqdan keçirib. Maide.Az xəbər verir ki, uçuş məsafəsi 450 kilometr olan qanadlı raket Hind okeanında naməlum mövqedən start götürüb. Pakistan ordusu elan edibki, raket hədəfi dəqiq vurub. “Hindistanın nüvə strategiyası bizi məcbur edir ki, Dehli tərəfindən ehtimal olunacaq təhlükələrlə mübarizə üçün addımlar ataq”. Hindistan Müdafiə Nazirliyinin mətbuat katibi Pakistanın test atışına hələlik şərh verməyib. Qeyd edək ki, 1947-ci ildə Böyük Britaniyadan ayrılıb müstəqillik əldə etdikdən sonra Pakistan və Hindistan arasında münasibətlər gərgin olaraq qalır. Hər iki dövlət 1998-ci ildə nüvə sınaqları keçirdiyi vaxtdan indiyə qədər müxtəlif diapazonlu raketlər hazırlayır. (Tass) Teqlər : #Pakistan nüvə başlığı daşıya bilən qanadlı raket sınaqdan keçirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəhreyndə məhkəmə 3 nəfərin edam hökmünü təsdiqlədi Pakistanda 4 şiə fəal həbs olunub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO