Pan Gi Mun: İŞİD-də 80 ölkədən 15 mindən çox xarici terrorçu var

BMT-nin baş katibi Pan Gi Mun bütün tədbirlərə baxmayaraq İŞİD üçün döyüşmək məqsədilə 80-dən artıq ölkədən 15 mindən çox xarici terrorçunun İraq və Suriyaya getdiyini bildirib.
 
Maide.az xəbər verir ki, BMT-nin baş katibi Pan Gi Mun Təhlükəsizlik Şurasındakı terrorizmlə mübarizə toplantısıda çıxışında xarici terrorçu döyüşçülər məsələsinin yalnız təhlükəsizlik problemi olmadığını bildirərək, terrorizmin siyasi və ictimai istiqamətləri ilə sabitlik və inkişafa təsirləri olduğunu deyib.
 
Problemə yalnız hərbi yöndən baxmadığını deyən Pan, "Terrorizmlə mübarizə apararkən problemi daha da böyüdəcək hərəkətlərdən çəkinməli, terrorla mübarizə adı altında bütün cəmiyyəti insan hüquqları məsələsində narahat edəcək addımlardan çəkinməliyik" söyləyib.
 
Pan, nitqində son dövrdə İŞİD-ə qarşı mübarizəni də şərh edərək, "İŞİD təhdidi ilə mübarizədə artan səylərə baxmayaraq, İŞİD-ə qoşulmaq üçün 80-dən çox ölkədən bölgəyə gedən xarici terrorçu döyüşçü sayı 15 mindən artıqdır", - deyib.
 
Qaçaqmalçılıq və qeyri-qanuni neft ticarətinin İŞİD və oxşar terror təşkilatlarını bəslədiyini də vurğulayan Pan, narkotik qaçaqmalçılığı və beynəlxalq cinayətlərin terrorizmlə qarşılıqlı olaraq bir-birini dəstəklədiyini vurğulayıb.

Google+ WhatsApp ok.ru