Pan Gi Mun Səudiyyə Ərəbistanını Şeyx Nimrin ölüm hökmünü ləğv etməyə çağırıb

BMT-nin baş katibi Pan Gi Mun Səudiyyə Ərəbistan kralından bu ölkənin tanınmış şiə ruhanisi Şeyx Baqir əl-Nimri əfv etməyi və ölüm hökmünü ləğv etməyə çağırıb. 
 
Maide.az xəbər verir ki, Baş katibin sözcüsü Nyu-Yorkda BMT-nin mənzil- qərargahında keçirilən mətbuat konfransında deyib: Pan Gi Mun  Şeyx Nimrin edam hökmünün təsdiqlənməsi xəbərindən narahatlıq keçirərək Ərəbistan kralından bu ölkənin tanınmış ruhanisi  Şeyx Baqir əl-Nimri əfv etməyi və haqqında ölüm hökmünün ləğv edilməsini istəyib.
 
O daha sonra BMT-nin Şeyx Nimrin edam hökmünün təsdiqlənməsinə qarşı çıxdığını bildirərək, qeyd edib ki, Şeyx Nimrin edam hökmünün dayandırılmasının vacibliyinə dair beynəlxalq çağırışlara baxmayaraq, bu hökm ötən bazar günü Ərəbistanın Ali Məhkəməsi tərəfindən təsdiq edilib.
 
Qeyd edək ki, Ərəbistanın Ali və Kassasiya məhkəmələri şənbə günü ölkənin tanınmış şiə alimi Şeyx Nimrin edam hökmünü təsdiq edib. Bu hökmə dünyanın müxtəlif ölkələrindən din xadimləri, müctəhidlər, siyasi və ictimai faəllar etirazlarını bildiriblər. /
 

Google+ WhatsApp ok.ru