Parisdə `islamofobiya` əleyhinə aksiya keçiriləcək

Paris hadisələrindən sonra "islamofobiya" dalğalarının artmasına etiraz olaraq müsəlmanlar da Fransa paytaxtının Bastil meydanında mart ayının 14-də aksiya keçirəcək.
Maide.az "islam-france.org" xəbər  portalına istinadən xəbər verir ki, etiraz aksiyası "İslamofobiya və İrqçiliyin Əleyhinə Koordinasiya" təşkilatının (CRİ) dəvəti ilə baş tutacaq.
Təşkilat bəyanat yayaraq  Şarli Hebdo hadisəsindən sonra Avropa və Fransada islamofob hərəkətlərin artmasına etiraz olaraq əhalini Bastil meydanında toplaşmağa dəvət edib. Aksiya  Millət meydanına qədər yürüşlə başa çatacaq.
 Təşkilat  üç müsəlman gəncin irqçilik zəmnində qətlə yetirilməsini xatırladaraq bütün siyasi və ictimai təşkilatlar və KİV-lərdən istəyib ki, təyin olunmuş tarixdə dünyanı və Fransa tarixini ləkələyən və demokratiya və qardaşlıq dəyərlərini aşağılayan "islamofob" dalğasına qarşı mübarizə meydanına gəlsinlər.
Təşkilat  bütün azadlıq sevər insanları və beynəlxalq ictimai təşkilatlarını Mart ayının 14-də Fransa məktəblərində hicab qadağası və Avropdakı "islamofob" dalğasına etiraz etmək məqsədi ilə aksiyaya qoşulmağa çağrır. /
 

Google+ WhatsApp ok.ru