Pentaqon: İraqdakı bazaların atəşə tutulması nəticəsində 34 ABŞ əsgəri xəsarət alıb 25 Yanvar 2020 11:53 Dünya İraqdakı hərbi bazaların atəşə tutulması nəticəsində ümumilikdə 34 ABŞ əsgəri yaralanıb. Bu barədə Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman məlumat verib. İran, yanvarın 3-də Bağdadda iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq Amerika bazalarını bombalayıb. Həm prezident Donald Tramp, həm də Pentaqon tərəfindən səsləndirilən ilkin rəsmi məlumatlara görə ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb. "Son məlumatlara görə, 34 əsgər kontuziya olub və beyni zədələnib", Hoffman ötən gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, hazırda səkkiz hərbçi ABŞ-da, digər 9 nəfər Almaniyada müalicə olunur. Qalanları İraqdakı bölmələrinə qayıdıb. /SalamNews Teqlər : #Pentaqon:,#İraqdakı,#bazaların,#atəşə,#tutulması,#nəticəsində,#ABŞ,#əsgəri,#xəsarət,#alıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ölümcül virus artıq Avstraliyada Türkiyədə zəlzələ qurbanlarının sayı 31-ə çatıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO