Pentaqon büdcənin artırılmasını tələb edir

Maide.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Pentaqon ilk dəfə Afrikada İŞİDlə mübarizə üçün büdcədən ayrı bir artım tələb edib.
 
Nazirlik Liviya ilə yanaşı Şimali və Qərbi Afrikada terrorla mübarizə əməliyyatları üçün 2017-ci il büdcəsindən əlavə 200 milyon dollar tələb edib.
 
Büdcənin necə sərf olunacağına dair ətraflı məlumat verilmir. 200 milyon dolların nazirliyin Əfqanıstandakı fəaliyyətləri, İraqdakı hava hücumları və təhsil proqramları, Suriyada İŞİD-ə qarşı aparılan mübarizənin də içində yer aldığı müharibə büdcəsində artımın bir hissəsi olduğu qeyd olunub.
 
Gələcək illərdə pilotsuz aparatların 24 saat kəşfiyyat təmin etməsi üçün çalışan Amerika ordusunun Afrikada artan pilotsuz təyyarə əməliyyatlarının xərclərini də bu mənbədən ödəməsi gözlənilir.

Google+ WhatsApp ok.ru