Peyğəmbərin (s) Rum imperatoruna yazdığı məktub

Peyğəmbərin (s) Rum imperatoruna yazdığı məktub

Sevimli peyğəmbərimiz Həzrət Məhəmməd Mustafanın (s) Rum imperatoru Herqeli İslam dininə dəvət etmək üçün yazdığı məktub "Məlik Hüseyn Məscidi"nin muzeyində saxlanılır.

 
İordaniyanın "Məlik Hüseyn Məscidi"nin muzeyində saxlanılan məktubda o zaman Rum və Bizansın imperatoru olan Herqel və bütün xristianlar müqəddəs İslam dininə dəvət edilib.
 
Məktubda yazılıb:
 
بسم الله الرحمن الرحيم من محمد عبدالله ورسوله إلى هرقل عظيم الروم، سلام على من اتبع الهدى، أما بعد فإني أدعوك بدعوة الإسلام، أسلم تسلم يؤتك الله أجرك مرتين وإن توليت فإن عليك إثم الأريسيين .
 
"قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْاْ إِلَى كَلَمَةٍ سَوَاء بَيْنَنَا وَبَيْنَكُمْ أَلاَّ نَعْبُدَ إِلاَّ اللّهَ وَلاَ نُشْرِكَ بِهِ شَيْئًا وَلاَ يَتَّخِذَ بَعْضُنَا بَعْضاً أَرْبَابًا مِّن دُونِ اللّهِ فَإِن تَوَلَّوْاْ فَقُولُواْ اشْهَدُواْ بِأَنَّا مُسْلِمُونَ".
 
"Bismillahir-Rəhmanir-Rəhim.
 
Allahın qulu və rəsulu Məhəmməd bin Abdullahdan Rumun böyük Herqelinə
 
Salam olsun hidayət yoluna tabe olanlara.
 
Sonra isə mən səni İslam dininə dəvət edirəm. İslama təslim ol ki, sağlam yaşayasan. İslamı qəbul et ki, Allah sənə iki dəfə mükafat versin.
 
Əgər İslam dinini qəbul etməsən, Arianistlərin* günahı sənin boynunadır.
 
"De: Ey kitab əhli, gəlin bizimlə sizin aranızda bir olan kəlmə (barəsində peyğəmbərlərin və səmavi kitabların yekdil olduqları söz) ətrafında toplanaq (və o budur ki): Allahdan başqasına ibadət etməyək, heç bir şeyi Ona şərik qoşmayaq və bəzilərimiz Allahın yerinə bəzilərimizi tanrılar qəbul etməsin. Beləliklə, əgər (bu təklifdən) üz döndərsələr deyin: Şahid olun ki, həqiqətən, biz müsəlmanlarıq." (Ali-İmran, ayə: 64).  
 
*(Arianizm 310-cu ildə keşiş Arius tərəfindən təsis edilmişdir. Onlar İsanın (ə) məxluq olduğunu, sonradan yarandığını deyir və Allahla bir tutulmasını qəbul etmirdilər).  /İqna/

Google+ WhatsApp ok.ru