Polşanın Ukraynadakı baş konsulluğu atəşə tutulub 29 Mart 2017 01:00 Dünya Polşanın Ukraynadakı baş konsulluğu atəşə tutulub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, vitse-konsul Kriştof Savitski bu məlumatı təsdiqləyib. Hadisə gecə saatlarında Lutsk şəhərində baş verib. Hazırda baş konsulluğun ərazisi polis əməkdaşları tərəfindən mühafizə olunur. Ukrayna xarici işlər naziri Pavel Klimkin baş konsulluğun binasının atəşə tutulmasını təxribat adlandırıb: “Lutskda Polşanın baş konsulluğuna qarşı təxribatdan hiddətlənirəm. Bu, Polşa ilə dostluğumuza qarşı olanların alçaq hərəkətidir. Günahkarların cəzalandırılması üçün əlimizdən gələni edirik”. Polşa XİN hadisə ilə bağlı Ukrayna səfiri Andrey Deşitsanı nazirliyə çağırıb. Qeyd edək ki, bir müddət öncə Ukraynada Polşaya qarşı vandalizm aktları olub. / Teqlər : #Polşanın Ukraynadakı baş konsulluğu atəşə tutulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali Xəlifə rejimi Bəhreyn parlamentinin sabiq nümayəndəsini 10 il müddətinə azadlıqdan məhrum edib 5 milyon 600 min nəfər müqəddəs Məşhəd şəhərinə səfər edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO