Poroşenkonun partiyasının adı dəyişdirildi

Ukrayna prezidenti Pyotr Poroşenkonun indiyədək “Solidarnost” (“Həmrəylik”) adlanan partiyası adını dəyişib. Maide.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, prezidentin özünün də iştirak etdiyi qurultayda bu siyasi qüvvənin bundan sonra “Pyotr Poroşenkonun Bloku” adlandırılması haqda qərar qəbul olunub. Partiyanın yeni lideri isə Yuri Lutsenko seçilib.

Google+ WhatsApp ok.ru