Prezident neftin qiymətinin 200 dollar olacağını açıqladı

Ekvador prezidenti bahalaşmanı yaxın gələcəyə proqnozlaşdırıb

Maide.az "RİA Novosti"yə istinadla xəbər verir ki, Ekvador prezidenti Rafael Korrea neftin qiymətinin 200 dollara qalxacağını deyib. Onun sözlərinə görə, ucuz qiymətlər üzündən neft sektoruna sərmayə qoyuluşunun dayandırılması, rentabelliyini itirdiyi üçün ABŞ-da yüzlərlə neft quyusunun bağlanması ona gətirib çıxaracaq ki, yaxın gələcəkdə neftin 1 barelinin qiyməti 200 dollara qədər yüksələcək.
 
Prezident düşünür ki, neft hasilatının səviyyəsini 11 yanvar tarixindəki göstəriciyə uyğun dondurmaq qərarı  İran, Rusiya və Venesuela ilə münasibətlərdəki geosiyasətlə əlaqədar ola bilər. Ancaq o istənilən halda bunun müsbət addım olduğunu deyib. "Rusiya və Səudiyyə Ərəbistanının danışıqlar masası arxasına oturması  pozitiv əlamətdir". 

Google+ WhatsApp ok.ru