Putin: Söz azadlığı pərdəsi altında inanclıların hissləri təhqir olunur

Putin: Söz azadlığı pərdəsi altında inanclıların hissləri təhqir olunur

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, söz azadlığı pərdəsi altında dini təxribatlar və inanclıların hisslərini təhqir edilməsi yolverilməzdir.
 
Bunu Rusiya lideri 4 noyabrda Rusiyada qeyd olunan Milli Birlik Günü münasibətilə dini birliklərin nümayəndələri ilə görüşdə bildirib.
 
“Bir sıra ölkələrdə vəziyyət mürəkkəbdir, təxribatçı hərəkətlərin nəyə gətirib çıxardığını, söz azadlığı pərdəsi altında inanclıların hisslərinin təhqir edilməsinin nə ilə nəticələndyini görürük.
 
Nəticə birdir: cəmiyyətdə qarşıdurmalar bir qartopu kimi böyüyür, bu illərlə və onilliklər ərzində davam edə bilər”, Rusiya dövlətinin başçısıbildirib./ salamnews/ 

Google+ WhatsApp ok.ru